27 noyabr 2025 20:30
100

Naxçıvanda noyabr ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə noyabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.