Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Xatirə Məmmədova jurnalistlərə məlumat verdi ki, ixtisaslaşdırılmış sərhəd-keçid məntəqələrində gömrük nəzarətindən keçirilən malların bəyan edilməsinin sürətli və sadələşdirilmiş qaydasından istifadə edilməsi üçün "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunur: “Yaşıl kanal”da malların şifahi şəkildə bəyan edilməsi üçün nəzərdə tutulur. Bu kanala daxil olan vətəndaşın əl yükündə və müşahidə olunan baqajında gömrük orqanına yazılı şəkildə bəyan ediləsi mal olmadığı anlamına gəlir.

“Qırmızı kanal” isə malların yazılı şəkildə bəyan edilməsi, yəni gömrük bəyannaməsi təqdim olunmaqla aparılan buraxılış sistemidir. “Yaşıl kanal”a daxil olan vətəndaş Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən gömrük əməkdaşları tərəfindən yoxlanmaya cəlb oluna bilər. Bu zaman həmin şəxs Gömrük Məcəlləsinin 60 və 61-ci maddələrinə uyğun olaraq sorğu-suala tutulur: Şəxsiyyət vəsiqəsi, səyahət marşrutu və üzərində bəyan edilməli malın olub-olmaması ilə bağlı məlumatlar yoxlanılır. Əgər şübhəli hal müşahidə edilərsə və ya vətəndaş risk qrupuna daxil olan marşrutdan gəlibsə, o zaman həmin sərnişinlər “Qırmızı kanal”a dəvət olunaraq ətraflı yoxlamadan keçirilir. Xidmətin sürətli təşkili məqsədilə texniki nəzarət vasitələri, xidmət itləri, mexaniki-elektron qurğular istifadə olunur. Gömrük əməkdaşları Gömrük Məcəlləsinin 65.2-ci maddəsinə əsasən istənilən bağlamanı açmaq və ya açılmasını tələb etmək hüququna malikdirlər. Qanuni tələblərə və sərəncamlara tabe olmama, eləcə də gömrük nəzarətinə mane olma Gömrük Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyət yaradır.”
Orxan Vahidoğlu, “İki sahil”
“Clean Energy Capital” MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb
Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib