28 noyabr 2025 18:01
77

“Clean Energy Capital” MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

“İki sahil” xəbər verir ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra Müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.