Əksər insanlar portağal suyunu sadəcə səhər yeməyi vərdişi, faydasını bilmədən stəkanımıza süzdüyümüz adi bir içki olduğunu düşünürlər. Amma alimlər bu gündəlik içkinin susuzluğu yatırtmaqdan daha çox iş gördüyünü kəşf ediblər.
Son araşdırma göstərib ki, müntəzəm olaraq portağal suyu içmək immun hüceyrələrimizin içində minlərlə genin fəaliyyətinə təsir edə bilər. Bu genlərin bir çoxu qan təzyiqinə nəzarət etməkdə, iltihabı azaltmaqda və orqanizmin şəkəri emal etmə tərzini tənzimləməkdə rol oynayır. Bunların hamısı uzunmüddətli ürək sağlamlığı üçün mühüm rol oynayır.

Araşdırmada iki ay ərzində hər gün 500 ml təmiz, pasterizə olunmuş portağal suyu içən yetkinlər izlənilib. 60 gündən sonra araşdırmada iştirak edən şəxslərdə iltihab və yüksək qan təzyiqi ilə əlaqəli bir çox genlərin aktivliyinin azaldığı müşahidə olunub. Bunlara adətən bədən stress altında olanda aktivləşən “NAMPT, IL6, IL1B və NLRP3” kimi genlər daxildir. Eyni zamanda, natriumun (duzun) böyrəklərdə saxlanılmasına təsir edən “SGK1” adlı başqa bir genin də aktivliyi azalıb.
Bu dəyişikliklər əvvəlki araşdırmalar ilə üst-üstə düşür. Həmin araşdırmalar göstərmişdi ki, gündəlik portağal suyu içmək yeniyetmələrdə qan təzyiqini aşağı sala bilər.
Şahnigar Əhmədova, “İki sahil”