"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 23-cü mərhələsi – Qətər Qran-prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, yarış Lusaildə baş tutub.
İkinci yerdə "McLaren"dən Oskar Piastri finişə çatıb, üçüncü isə "Williams"ı təmsil edən ispaniyalı Karlos Sains olub.
Dünya çempionatının son – 24-cü mərhələsi 5–7 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək.