"Borussiya Dortmund" Serü Girassinin mümkün ayrılıq ehtimalını nəzərə alaraq hücum xəttinə yeni ad axtarır.
“İki sahil” xəbər verir ki, Almaniya nəhəngi əsas hədəf kimi “Hoffenhaym”ın forvardı Fisnik Aslanini müəyyənləşdirib.
“365 Scores” nəşrinin məlumatına görə, “Dortmund” rəhbərliyi gənc hücumçunun transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Aslaninin bu mövsüm göstərdiyi performans, eləcə də potensialı onu “sarı-qaralar” üçün prioritet hədəfə çevirib.
Transfer danışıqlarının qış pəncərəsində sürətlənəcəyi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı forvard bu mövsüm forma geyindiyi 14 matçda 6 qol və 3 asistlə fərqlənib.