01 dekabr 2025 10:06
163

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 1-də 374 milyon 645 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə "İki sahil" TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,92 % azdır. Kipoi çıxış nöqtəsindən dekabrın 2-dən 8-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 24-dən 29-dək olan sifariş göstəriciləri ilə müqayisədə 7,97 % azdır. Noyabrın 29-dan dekabrın 1-nədək olan sifariş göstəriciləri ilə müqayisədə 7,97 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 1-dən 8-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 1-dən 8-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 1-də 313 milyon 628 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə eynidir.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 2-dən 8-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 25-dən 29-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə 8,49 % azdır. Noyabrın 29-dan dekabrın 1-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,5 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.