20 noyabr 2016 14:08
1529

Nəriman Əzimov vəfat edib

Tanınmış bəstəkar və dirijor Nəriman Əzimov vəfat edib

Azərbaycanın tanınmış bəstəkar və dirijoru Nəriman Əzimov 80 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, Xalq Artisti, Prezident təqaüdçüsü Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

O, ölümündən bir neçə gün əvvəl “Şöhrət” ordeni ilə təltif edilmişdi.