Çinli milyarder 300 övlad sahibi olduğunu etiraf edib.
“İki sahil” xəbər verir ki, Çinin oyun sənayesində tanınmış iş adamı Sü Bo ilə bağlı qalmaqallı xəbər yayılıb. Onun keçmiş sevgilisi Tan Cin South "China Morning Post"a açıqlamasında milyarderin 300 övladı olduğunu bildirib.
Cin iddia edir ki, S. Bo ilə 2009-cu ildən 14 il birlikdə yaşayıb. Ayrıldıqdan sonra milyarder keçmiş sevgilisinə 300 milyon yuan borcu olduğunu iddia edib. O bildirib ki, 2012-2018-ci illərdə Tan Cin-ə 819 milyon yuan göndərib və yalnız bir hissəsini geri alıb.
Lakin Tan Cin açıqlayıb ki, Bo-ya heç bir pulu qaytarmayacaq, çünki bu vəsaitlər milyarderin böyük ailəsinə və 300 övladına qayğı göstərmək üçün istifadə olunub. Onun sözlərinə görə, övladların çoxu hətta rəsmi qeydiyyata düşməyib. Tan Cin özü S. Bo-dan 11 uşağı təkbaşına böyüdür və iki qız uşağı üçün məhkəmədə də mübarizə aparır.
Məhkəmə artıq keçmiş sevgilinin iddiasını rədd edib. Hazırda S. Bo-nun poliqamik həyat tərzi və çoxsaylı övlad sahibi olma arzusu mediada geniş müzakirə olunur.