Böyük Britaniya monarxı III Çarlz amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələri ilə bağlı qalmaqaldan sonra kiçik qardaşı, keçmiş şahzadə Endryunu son kral titullarından məhrum edib.
“İki sahil” xəbər verir ki, bu barədə hökumət bülleteni "The Gazette" məlumat yayıb. Kralın sərəncamına əsasən, Endryu Albert Kristian Edvard Mauntbettən-Vindsor Qılınc nişanı ordeninin üzvü olmağı dayandırıb və onun adı ordenin qeydiyyat siyahısından çıxarılıb.
Bundan əlavə, monarxın qardaşının Kral Viktoriya Ordeninin Böyük Xaç Cəngavəri rütbəsinə ucalması ləğv edilib.
Sumatra adasında daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 631-ə çatıb.