Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Almaniya Federativ Respublikasının Mannheim Universitetində təşkil olunan “Digital Transformation of SMEs” (DT4SME) beynəlxalq tədqiqat proqramının yekun konfransında iştirak edib.
“İki sahil” xəbər verir ki, mərkəz rəhbəri Mannheim Universitetinin Kiçik və Orta Sahibkarlıq Subyektləri üzrə Araşdırmalar İnstitutu tərəfindən təşkil olunan konfransda “Azərbaycanda pambıqçılıqla məşğul olan fermerlərin səmərəliliyinin qiymətləndirilməsi: inteqrasiya edilmiş DEA və Tobit modeli” adlı təqdimatla çıxış edib.
Təqdimatda müəllif tərəfindən riyazi optimallaşdırma metodları ilə Azərbaycanda pambıq istehsalında təsərrüfat səviyyəsində səmərəlilik göstəriciləri və onlara təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı aparılmış elmi tədqiqat layihəsinin nəticələri yer alıb.
Təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda Rəşad Hüseynov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən şəxslərin NƏZƏRİNƏ!
İctimai iaşə fəaliyyəti göstərən şəxslərin POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır
ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb - FOTO/VİDEO