"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-ci ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşımalarından 296,391 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.
Gəlirlərin strukturunda yükdaşımalar üzrə daxilolmalar 284 milyon 320,2 min manat (-9,8 %), o cümlədən beynəlxalq istiqamətlər üzrə 246 milyon 146,8 min manat (-10,5 %), daxili istiqamətlər üzrə 38 milyon 173,4 min manat (-5,2 %) təşkil edib.
Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 109 milyon 223,7 min manata (-18 %) bərabər olub.
Hesabat dövründə Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 12 milyon 71,1 min manat (+48,4 %) gəlir əldə edilib, bu məbləğ daxili istiqamətlərdə daşımaların payına düşüb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəmir yolları ilə 12 milyon 507,2 min ton (-10,3 %) yük, 7 milyon 156,8 min nəfər sərnişin (+19,5 %) daşınıb. Bu dövrdə tranzit yük daşımalarının həcmi 4 milyon 863,5 min ton (-14 %) təşkil edib.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir