Yuxuda ilan görmək mövzusu ilə bağlı çox sayda yozumlar mövcuddur. Yuxuda qara və yaşıl ilan görmək kimi ayrıca şərhlər də diqqət çəkir. Yuxuda ağ ilan görmək, ilan dişləməsi və ilan öldürmə haqqında da müxtəlif yozumlar edilmişdir. Yuxuda sarı ilan görmək həm müsbət, həm də mənfi formada şərh olunur. Yuxuda böyük və kiçik ilan görmək, evin içində çoxlu ilan görmək kimi maraq doğuran mövzular üçün aşağıdakı bölmələri oxuya bilərsiniz.
Yuxuda ilan görmək
Bu barədə alimlər müxtəlif fikirlər bildiriblər. Bəziləri bunu xeyirə yozsa da, çoxu mənfi şəkildə şərh edir. Yuxuda ilan görmək gizli düşmənə və maddi çətinliyə işarədir. İlan bəzən qadın, uşaq və dövlət işlərinə də yozulur.
Qara ilan görmək
Qara ilan güclü və hiyləgər düşmənə işarədir. Gizlincə yaxınlaşan düşmən deməkdir. Bəzi yuxu yozanlar qara ilanı ordu ilə də əlaqələndirirlər. Bu zaman yuxu sahibi başqalarının səhvləri səbəbindən sıxıntı yaşaya bilər.

Yaşıl ilan görmək
Yaşıl ilan dini görkəmli, lakin içində pis niyyət olan bir düşmən deməkdir. İnsanların dini hisslərini istifadə edib zərər verən birini simvolizə edir. Yuxu sahibi diqqətli olarsa, bu zərəri azalda bilər.
Ağ ilan görmək
Ağ ilan zəif və gücsüz düşmənə işarədir. Yaxın olsa da zərər verə bilmir. Kirmani də ağ ilanı tutmağı və görməyi yüksək məqama çatmaq kimi şərh edib. Bununla yanaşı, yuxu sahibinin yaxın zamanda iş həyatında uğur qazanacağına da işarədir.
Sarı ilan görmək
Sarı ilan adətən xeyirə yozulmur. Xəstə və pis niyyətli, amma gücü zəif düşmən deməkdir. Hiyləgər hərəkət etsə də, yuxu sahibinə zərər yetirə bilmir.
Böyük və kiçik ilan görmək
İlanın ölçüsü düşmənin gücünü göstərir. Kiçik ilan zəif düşmənə, böyük ilan isə güclü düşmənə işarədir. Bəzi alimlər böyüklüyü övlada da yozurlar (böyük ilan – xeyirli övlad, kiçik ilan – övlad sıxıntısı).
Evin içində çoxlu ilan görmək
Bu, yuxu sahibinin çox düşməni olduğuna işarədir. Onlar evə yaxın, çox yaxın insanlardır. Zərər ehtimalı yüksəkdir, buna görə yuxu sahibinin ətrafına diqqətli baxması lazımdır. Bu yuxu həm də qazancın bərəkətsiz olduğuna işarədir.
İlan öldürmək
İlan öldürmək hər zaman xeyirli yozulur. Düşməni məğlub etmək, çətinlikləri aşmaq, bolluq və ruzi deməkdir. Şəxsi həyatda da problemlərin bitəcəyinə işarədir. Xəstə bir insan sarı ilan öldürərsə, tezliklə sağalacağına yozulur.
İlanın dişləməsi
Bu yuxu kədər, üzüntü və zərər almağa işarədir. Düşməndən tezliklə ziyan gələcəyini xəbər verir. Çətinliklər yaşanacağı mənasına gəlir.
İlan tutmaq
Düşmənə qalib gəlmək, təhlükəni əvvəlcədən görüb qarşısını almaq deməkdir. Yuxu sahibi ağıllı davranaraq təhlükəli birindən qurtulacaq.
İlanın əli dişləməsi
Yaxın ətrafdan biri tərəfindən zərər görmək deməkdir. İş mühitində ehtiyatlı olmaq lazımdır.
Psixoloji yozumu: Güvənilən insanların xəyanət edə biləcəyi qorxusu, narahatlıq və tək qalma hissidir.
İlan əzizləmək
Qorxu və narahatlıqların geridə qalacağına işarədir. İş həyatında yüksəliş, mükafat, rahatlıq və bol qazanc deməkdir. Maddi vəziyyətin yaxşılaşması, toplantı və tədbirlərə qatılmaq kimi nəticələr də yozulur.
Şahnigar Əhmədova, “İki sahil”