02 dekabr 2025 20:56
156

Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb

Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tərəflər Rusiya‑Ukrayna müharibəsinin həlli yollarını, xüsusilə münaqişənin nizamlanması üzrə Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə edəcəklər.

Görüşdə, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.