Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi hərbi dəniz təlimində təmsil olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib.
"Şərqi Aralıq dənizi-2025" Dəvət Təlimində Azərbaycandan dəniz desant heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan dəniz patrul təyyarəsi iştirak edir.
Daha 19 ölkə isə müşahidəçi qismində təlimə qatılıb.
Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının təşkilatçılığı ilə keçirilən "Şərqi Aralıq dənizi-2025" (DA-25) Dəvət Təlimi noyabrın 22-də start götürüb. Dekabrın 3-nə qədər davam edəcək təlimin əsas məqsədi iştirakçı qərargahlar və təhkim edilmiş qüvvələr arasında qarşılıqlı fəaliyyətin təmin olunması, bölmələrin hazırlıq səviyyəsinin qiymətləndirilməsi və möhkəmləndirilməsidir.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində görüş keçirilib
Müxtəlif dövrlərdə xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır