03 dekabr 2025 10:53
59

Komitə sədri: Tələbələrin bəziləri elmi işlərini çox qısa vaxtda etinasız şəkildə hazırlayırlar

Azərbaycanda elmi rəhbərlər tələbələrinin tədqiqatlarını diqqətlə oxumurlar.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İskəndərov dekabrın 3-də Bakıda Sosial Tədqiqatlar Mərkəzinin Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetlər" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib. Onun sözlərinə görə, tələbələrin bəziləri elmi işlərini çox qısa vaxtda etinasız şəkildə hazırlayırlar:

"Nəticə etibarilə auditoriya qarşısında elmi işlərini müdafiə edə bilmir və qısa zamanda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Çünki həmin elmi işə lazımi diqqəti göstərməyiblər və elmi rəhbərləri də prosesi diqqətlə izləməyib. Ali Attestasiya Komissiyasının qarşılaşdığı əsas problemlərdən biri də mövzunun düzgün təsdiq edilməməsi, elmi rəhbərin işə baxmaması və müzakirəyə çıxarılan işin oxunmamış olmasıdır".