03 dekabr 2025 15:54
53

Çin Avropa Komissiyasının mövqeyinə qarşı çıxdı

Çin Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Rusiya aktivlərini Ukraynaya köçürmək cəhdinə qarşı çıxıb.

“İki sahil”  RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian məlumat verib.

Onun sözlərinə görə, Çin beynəlxalq hüququ pozan hər hansı birtərəfli fəaliyyətə qarşı çıxır: "Çin beynəlxalq hüququ pozan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan hər hansı birtərəfli sanksiyaya davamlı olaraq qarşı çıxır". 

Bundan əvvəl Belçika xarici işlər naziri Maksim Prevost Avropa Komissiyasının Ukraynaya təzminat krediti vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təklifini qəti şəkildə qəbuledilməz adlandırmışdı.