03 aprel 2026 08:50
109

Rusiya ordusu Xarkova PUA-larla hücum edib

Rusiya silahlı qüvvələri cümə axşamı günü Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova pilotsuz uçuş aparatları ilə hücum ediblər.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Xarkov meri İqor Terexovun sözlərinə görə, gün ərzində və axşam saatlarında şəhərin dörd rayonunda zərbələr qeydə alınıb. Şəhər rəsmisi ən azı 20 PUA hücumu barədə məlumat verib.

Bəzi hücumların yanğınlara səbəb olduğu bildirilib. Axşam hücumunda səkkiz yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb. Bundan əlavə, daha cənubda yerləşən Zaporojye şəhərində Rusiya hücumu nəticəsində çoxmərtəbəli yaşayış binası və yerli müəssisəyə ziyan dəyib.