03 dekabr 2025 21:18
75

Qara dənizdə gəmilərə hücum edilməsi savaşın coğrafiyasının genişləndiyini göstərir - Fidan

Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.

“İki sahil” xəbər verir ki, bunu NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Brüsseldə səfərdə olan Türkiyə xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbəri qeyd edib ki, "Kairos" və "Virat" tankerlərinə edilən hücum Qara dənizin ticarətə qapalı olmasına gətirib çıxarır.

"Qara dənizdə ən uzun sahilə malik olan ölkə kimi bizim də məsuliyyət qəbul etməyimiz lazım idi. Bu məsələdə üstümüzə düşən vəzifəni yerinə yetririk", - o deyib.