“Mən Maduro ilə qısaca danışdım və sadəcə olaraq bir neçə şey dedim”.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. Onun ölkəni tərk etmək tələbinə Venesula prezidentinin necə cavab verdiyi sualına cavabına Tramp bunun təzyiq kampaniyasından daha böyük bir iş olduğunu bildirib. “Görək, bundan sonra nə baş verəcək? Venesuela bizə narkotik göndərir, amma Venesuela bizə həm də göndərməməli olduqları insanları göndərir. Onlar bizə ən yüksək səviyyədə narkotik satıcıları, qatillər göndərdilər”, - deyə Tramp vurğulayıb.