Dövlət Departamenti ABŞ Sülh İnstitutuna Prezident Donald Trampın adını verib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Bu səhər Dövlət Departamenti keçmiş Sülh İnstitutunu ölkəmizin tarixindəki ən böyük danışıqlar aparan şəxsin adını əks etdirmək üçün yenidən dəyişdirib. Donald C.Tramp Sülh İnstitutuna xoş gəlmisiniz", - məlumatda qeyd edilib.