04 dekabr 2025 12:46
152

Məşhur müğənninin mənzilinin satışı ilə bağlı iş məhkəməyə göndərilib

Məşhur rusiyalı müğənni Larisa Dolinanın mənzilinin satışı ilə bağlı mülki işin materialları baxılması üçün Rusiya Ali Məhkəməsinin hakiminə təqdim edilib.

“İki sahil” xəbər verir ki,  məhkəmənin mətbuat xidməti TASS-a aydınlıq gətirib ki, dələduzluqda məhkum edilmiş kuryer Angela Tsyrulnikova işdə iştirak edən şəxslər arasındadır.

"İş hakimə göndərilib. İşdə üçüncü tərəflər arasında əvvəllər Larisa Dolinadan mənimsəmədə məhkum edilmiş və hazırda Moskvada Rusiya Federal Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasında saxlanılan Angela Tsyrulnikova da var", - deyə məhkəmədən bildirib.

Məhkəmə əvvəllər Dolinanın iddiasını təmin edərək onun mənzilinin satışının etibarsız olduğunu bildirib. Alıcı Polina Lurye mülkiyyət hüquqlarını itirib ki, bu da geniş ictimai etirazlara və daşınmaz əmlak alıcılarının həssas mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.