04 dekabr 2025 23:37
92

Rusiya Ukraynanın itkilərini açıqladı - 1380-ci gün

Rusiya müharibənin 1380-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 100 277 PUA-sı, 638 zenit-raket kompleksi, 26 370 tank və digər zirehli texnikası, 1 626 reaktiv yaylım atəş sistemi, 31 706 artilleriya və minaatanı, 48 283 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.