04 dekabr 2025 21:37
117

Bu ölkədə “Snapchat” bloklanıb

ABŞ-nin "Snapchat" foto və video paylaşma xidməti terrorçu fəaliyyətlər və dələduzluq üçün cinayətkarları cəlb etmək məqsədilə istifadə edildiyi üçün Rusiyada bloklanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Nəzarət Xidməti (Roskomnadzor) xəbər verib.

"Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Snapchat" ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlər törətmək üçün istifadə olunur", - deyə bildirilib.

Qurumdan əlavə edilib ki, ictimai rabitə şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, "Roskomnadzor" 10 oktyabr 2025-ci ildə xidməti bloklamaq üçün tədbirlər görüb.