Biz əvvəllər görünməmiş səviyyədə səkkiz müharibəni həll etməklə bütün dünyada sülh yaradırıq.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında Milad ağacının işıqlandırılması mərasimində çıxışı zamanı deyib. O, növbəti hədəfin Rusiya və Ukrayna arasındakı müharibənin həlli olduğunu bildirib. “Düşünürəm ki, əvvəl-axır buna nail olacağıq. Ötən ay 27 min əsgər boş yerə öldürüldü. Biz buna son qoymalıyıq. Biz bunun üzərində çox çalışırıq”, - deyə Tramp əlavə edib.
Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib
London və Vaşinqton III Çarlzın ABŞ-a səfəri ərəfəsində təhlükəsizlik tədbirlərini əlaqələndirirlər