05 dekabr 2025 13:50
65

Səidə Şəfiyeva: Azərbaycan–Gürcüstan Media Forumunda 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir

Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O qeyd edib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və media sahəsində qurumlararası koordinasiya ilə qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm platformadır.

“Azərbaycan ilə Gürcüstan arasında formalaşan tərəfdaşlıq yalnız iki ölkənin əməkdaşlıq üçün deyil, həm də regional səviyyədə ortaq yanaşmaların inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Forum bu baxımdan həm məqsədləri, həm iştirakçı sayı, həm də gələcək regional əməkdaşlıq perspektivləri ilə diqqət çəkir. Bu Forum həm təcrübə mübadiləsi, həm də media sahəsində ən yaxşı təcrübələrə dair dialoq üçün əvəzsiz bir imkan təqdim edir. Eyni zamanda, ictimai etimadın gücləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması və peşəkar jurnalistikanın təşviqi üçün vacib addımların atılmasına zəmin yaradır”, - deyə S.Şəfiyeva vurğulayıb.