Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.
Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar