Finlandiyada bir iş adamı rezin başmaq geyinərək restorana girməyə cəhd etdiyi üçün təxminən 9000 avro cərimələnib.
“İki sahil” xəbər verir ki, bu barədə "Iltalehti" nəçri məlumat yayıb.

Hadisə 2023-cü ilin yayında Kuopioda baş verib. Təhlükəsizlik işçiləri həmin şəxsi rezin başmaq geyindiyi üçün içəri buraxmaqdan imtina ediblər.
Tərəflər arasında mübahisə yaranıb və müştəri ona imtina edən şəxsi işdən çıxaracağına söz verib.
Kişi restorana qarşı iddia qaldırıb, lakin məhkəmə müəssisənin tərəfini tutub və onu müqavimət göstərməkdə günahkar bilib.
Nəticədə o, təxminən 9400 avro, o cümlədən 8840 avro cərimə, 500 avro məhkəmə xərcləri və təhlükəsizlik işçisi üçün təxminən 40 avro kompensasiya ödəməlidir.