Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov ilə ölkənin Baş Qərargah rəisi Andrey Qnatov bu gün Mayamidə (Florida ştatı) ABŞ nümayəndələri ilə növbəti görüşü keçirəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks-Ukraina" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, cümə günü Ukrayna nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerlə görüşü planlaşdırılıb.
Dekabrın 4-də olduğu kimi, bu görüş də Mayamidə keçirilməlidir.
Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib
London və Vaşinqton III Çarlzın ABŞ-a səfəri ərəfəsində təhlükəsizlik tədbirlərini əlaqələndirirlər