Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar İX qrant müsabiqəsi”-nin dəstəklədiyi “Qayıdışa hazır olaq, məktəblilərin sosial sahibkarlığının inkişafı” layihəsinə start verilib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində sosial sahibkarlıq sahəsində Füzuli rayon Qayıdış 5 nömrəli tam orta məktəbin və təlim kurslarına maraq göstərən qonşu məktəblərdən olan şagirdlərinin bilik və bacarıqların artırılması nəzərdə tutulub. Bu məqsədlə beynəlxalq təcrübəsi olan təlimçilərin şagirdlər üçün sosial sahibkarlıqla bağlı 3 aylıq kursun təşkili və “Məktəb layihələrin yazılması”, “Keramika ”, “Dulusçuluq emalatxanası”, “Tikiş və sənətkarlıq ”, “Müasir Aqronom” sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihədə iştirak edən şagirdlər sahibkarlıq layihələrinin portfoliusun hazırlanması və müsabiqəyə öz biznes layihələrin təqdimatını hazırlayacaqlar, sahibkarlıq sahəsində tanınmış müəllim, ekspert, sahibkarlıqla bağlı kitab-müəllifləri və mütəxəssislərlə Pitch sessiyasında iştirak edəcəklər. Qalib şagirdlərin Yevlax Aqrar Parka infoturun təşkil edilməsi və sosial sahibkarlıqla bağlı şagirdlərə məsləhətlər və uğurlu təcrübələrlə bağlı toplumun hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Qayıdışa hazır olaq, məktəblilərin sosial sahibkarlığının inkişafı” qrant layihəsi Təranə Məhərrəmova tərəfindən həyata keçirilir. Məqsəd — məktəblilərin sosial sahibkarlıq sahəsində bilik və bacarıqların artırılmasıdır.
Layihənin açılışında iştirak edən beynəlxalq təcrübəli təlimçi-layihənin həmmüəllifi Elçin Sərdarov və məşğulluq sahəsində ekspert Aynur Rəşidova Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərin “Böyük Qayıdış” planına uyğun olaraq hazırda böyük quruculuq və bərpa dövrünü yaşadıqlarını, Qarabağ və Şərqi Zəngəzurda olan bərpa işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdmasından söhbət açdılar. bu ərazilərin əsasən aqrar, kənd təssərrüfatı və s.bisneslərin inkişafı üçün uyğun olduğunu qeyd edərək burada sahibkarlığın inkişafına, xüsusən də gənclərin, sosial sahibkarların müxtəlif peşələr üzrə hazırlanmasının, yeniyetmələrə sahibkarlıq, layihəyönümlü düşüncənin formalaşması, fərdi biznes layihələrin hazırlanması, şəxsi biznes layihələrin profayllarının hazırlanması kimi bilik və bacarıqların inkişafına böyük ehtiyac duyulduğunu vurğuladılar.
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub