06 dekabr 2025 14:24
89

Nazir müavini: Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib

Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq məsələsi gündəmə gətiriləcək.

“İki sahil” xəbər verir ki,  bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva D-8 Gənclər Dialoqunun açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2020-ci ildən etibarən Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib: "2026-cı ildən etibarən, gənclərin peşəkar iştirakçılığı məsələsini gündəmə gətirməyi düşünürük. Bu o deməkdir ki, onların yüksək texnologiyalar, kommunikasiya sahəsində iştirakı ön plana çıxarılacaq. Beynəlxalq tədbirlərdə gənclərin iştirakı müntəzəm təmin ediləcək. Əsas məqsədimiz gənclər siyasətinin daha da genişləndirilməsi və regionlarda yaşayan gənclərin bu işlərə cəlb edilməsidir".