BBC telekanalının Tbilisidə ötən ilin sonunda etirazçılara qarşı kimyəvi silahın tətbiq edilməsi barədə bəyanatı dezinformasiyadır.
“İki sahili"n Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Laşa Maqradze brifinqdə bildirib. "Araşdırma zamanı əldə edilən məlumatlar bizə birmənalı sübut edir ki, BBC-nin filmində Gürcüstanda etirazçılara qarşı "Kamit" adlı zəhərli maddənin istifadə edilməsi haqqında səsləndirilən məlumat məqsədyönlü dezinformasiyadır və Gürcüstanın maraqlarına zərər vurmaq məqsədi daşıyır", - o qeyd edib.
Bu həftənin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, BBC Tbilisidəki nümayişçilərə qarşı Birinci Dünya müharibəsindən qalmış "Kamit" adlı kimyəvi maddənin tətbiq edilməsi barədə açıq şəkildə yalan məlumat yayıb.
Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.
İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır
Ukrayna ordusu Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib