08 dekabr 2025 08:09
120

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı açıq iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclas keçirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə xəbəri dekabr ayında şuraya sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyi yayıb. İclasın yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır. Təşəbbüs Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası tərəfindən irəli sürülüb.