Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X"dəki səhifəsində məlumat verib. Onun sözlərinə görə, Orban dekabrın 8-də iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
"Çoxdankı dostluğumuz olan Macarıstanla görüş strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir qeyd edib.
Paşinyan Almaniya Prezidenti ilə Cənubi Qafqazda sülh gündəliyini müzakirə edib