08 dekabr 2025 11:11
166

Sumqayıtda 2 min abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

“İki sahil” xəbər verir ki,  "Azəriqaz" İB Sumqayıt QİS-sən verilən məlumata görə, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.