08 dekabr 2025 11:29
119

Fransa özəl banklarda saxlanılan Rusiya aktivlərini müsadirə etmək istəmir

Rəsmi Paris Fransa özəl banklarında saxlanılan Rusiya aktivlərini müsadirə etmək istəmir.

“İki sahil” xəbər verir ki,  bu barədə Financial Times öz mənbələrinə istinadla məlumat  yayıb.

Qeyd olunur ki, Fransa bankları Rusiya aktivlərinin Ukraynaya köçürülməsi ilə bağlı müzakirələrdə iştirak etmək istəmirlər.

Nəşrin məlumatına görə, oradakı hesablarda təxminən 18 milyard avroluq Rusiya aktivləri saxlanılır ki, bu da Belçikadan sonra Avropada ikinci ən böyük hesabdır. Lakin, Euroclear-dan fərqli olaraq, Fransa özəl bankları "digər müqavilə öhdəliklərinə" tabedir.

Daha əvvəl Politico, Rusiya aktivlərindən istifadə edərək Kiyevə verilən kredit üçün əsas girov kimi Almaniyanı göstərmişdi.