Cari 2025-ci ilin yanvar-sentyabr aylarında bp şirkəti 170 milyon dollar dəyərində 6 min 250 idxal əməliyyatı həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu sözləri deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən 2024-cü ildə idxal-ixrac əməliyyatını həcmi 130 milyon dollar olub.
“Bu artım onu göstərir ki, illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr meydana çıxır və həyata keçirilir, idxal-ixrac əməliyyatları daha aktiv formada reallaşır ve heç bir şəkildə azalmır. Azərbaycanda iqtisadi aktivlik gələcək illərdə daha da artacaq”, - deyə B. Aslanbəyli əlavə edib.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib