Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun uğursuzluqları fonunda Ukraynadan İsrailə qaça bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "The National Interest" məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları artmaqdadır, Ukraynadakı korrupsiya qalmaqalı isə mediada getdikcə daha çox işıqlandırılır.
Məqalədə deyilir: "Hətta Zelenskinin Kiyevdən Təl-Əvivə qəfil uçuşu belə bir şok olmazdı".