"Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşüb ki, açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin kollegiyası tərəfindən risk meyarları təsdiqlənib: "Belə ki, hər hansı sahibkar "Yaşıl dəhliz"ə müraciət edən zaman bununla bağlı artıq konkret risk meyarları var. Həmin risk meyarları üzrə qiymətləndirmə aparılır. Sahibkara onun hansı risk parametrlərinə cavab verib-verməsi barədə tam şəffaf şəkildə məlumat verilir. Əgər bütün risk parametrləri üzrə onun hər hansı bir riski müəyyən edilmirsə, təbii ki, "Yaşıl dəhliz" iştirakçısı statusu ilə bağlı ona sənəd verilir. Yox, əgər hər hansı bir parametrdə risk varsa, tam şəffaf şəkildə sahibkara bildirilir ki, həmin parametr üzrə müəyyən düzəlişlərdən sonra növbəti dəfə yenidən müraciət edə bilər. Bu məsələ hüquqi müstəvidə sərtləşdirilib, həm gömrük tərəfi, həm sahibkar üçün belə bir çərçivə müəyyən olunub".
O qeyd edib ki, bu mənada şəffaflıq daha üst səviyyəyə qaldırılıb: "Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşməyib ki, biz kiməsə "Yaşıl dəhliz" statusunu vermək istəmirik, ya da imtina edirik. Sadəcə olaraq açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub".
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib