Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, ölkədə 1 milyarddan çox data vahidinin cəmiyyətə açıq olması, özəl sektorun, startapların, elmi-tədqiqat müəssisələrinin bu data vahidlərindən istifadə edərək süni intellekt modellərini formalaşdırması üçün xüsusi proqramlar, həmçinin bu sahədə normativ və institusional tənzimlənmə nəzərdə tutulur: "Biz elə etməliyik ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri bir növ insanlığa xidmət etsin, gələcəkdə təhdid mənbəyinə çevrilməsin. Bu sahədə xüsusi standartların tətbiqi çox vacib əhəmiyyət kəsb edir".
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib