08 dekabr 2025 17:40
85

Berbok ərazi güzəştlərinə qarşı çıxdı

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok bildirib ki, Ukrayna sülhə nail olmaq üçün ərazisini güzəştə getməməlidir. Onun sözlərinə görə, belə bir addım BMT Nizamnaməsinin kobud şəkildə pozulmasına göz yummaq demək olardı.

“İki sahil” xəbər verir ki, N-TV kanalına verdiyi müsahibədə Berbok izah edib ki, ilhaqa razılıq vermək laqeydlikdir.

"Bu halda Təhlükəsizlik Şurası üzvünün Birləşmiş Millətlər Təşkilatının ən vacib qaydasını pozduğuna razı oluruq", o, deyib.