Polşa Xarici İşlər Naziri Radoslav Sikorski Baltik Dənizi Dövlətləri Şurasının təcili onlayn iclasını keçirib. Əsas müzakirə mövzuları Avropa təhlükəsizliyi və Ukraynadakı vəziyyət olub.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Bu gün Baltik Dənizi Dövlətləri Şurasının xarici işlər nazirlərinin təcili iclasını çağırdım", - deyə, o, qeyd edib.
IAR xəbər agentliyinin məlumatına görə, iclas artıq başa çatıb. Qəbul edilən qərarlar barədə məlumat hələ dərc olunmayıb. Şuraya Polşadan əlavə Litva, Latviya, Estoniya, İsveç, Finlandiya, Norveç, İslandiya, Almaniya və Avropa Komissiyası daxildir.