SOCAR bu ilin I yarısını 1,761 milyard manat xalis mənfəətlə başa vurub.
"İki sahil" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Yanvar-iyun aylarında SOCAR-ln vergiyəqədərki mənfəəti 2,373 milyard manat (1 il əvvələ nisbətən 18,35% çox), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% çox) təşkil edib.
Hesabat dövründə şirkətin satışdan gəlirləri 5,7% azalaraq 42,5 milyard manata düşsə də, satışının maya dəyəri bundan çox – 12,6% azalaraq 36,127 milyard manata düşüb. Son nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96,47 milyard manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4% artaraq 47,144 milyard manata, balans kapitalı isə 1,4% artaraq 49,326 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 5,014 milyard manatdır. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.
SOCAR-ın prezidenti “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib - FOTO
Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır - Özbəkistanın Azərbaycandakı səfiri
“World LNG Summit”: Azərbaycan və Türkiyənin enerji strategiyaları beynəlxalq paneldə diqqət mərkəzində