09 dekabr 2025 11:52
195

"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq

"Ayaks" Çempionlar Liqasının 6-cı turunda “Qarabağ"la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

“İki sahil” xəbər verir ki, Niderland bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gətirilməyib.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək  "Qarabağ" - "Ayaks" matç saat 21:45-də başlayacaq.