Slovakiya minalardan təmizləmədə Azərbaycana yardım edir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafətdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Slovakiyadan aldığı xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır.
Dövlət başçısı təəssüf hissi ilə vurğulayıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb.
"Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur", - deyə Prezident bildirib.
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Pelleqrini: Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və münaqişənin sülh yolu ilə həllinə dəstək göstərib
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edilib
Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib - YENİLƏNİB