Lerikdə yol kənarında dayanmış avtomobil qəfildən hərəkətə gəlib və dərəyə aşıb.
“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Dico kəndi ərazisində qeydə alınıb.
Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı avtomobili yol kənarında saxlayaraq maşından düşüb. Bir neçə dəqiqə sonra nəqliyyat vasitəsi naməlum səbəbdən hərəkətə gəlib və dərəyə aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Meyit daxili və xarici tibbi müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Böyük yolun davamı" mövzusunda konfrans keçirilib
Milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına strateji əhəmiyyətin parlaq ifadəsi
Azərbaycanda kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi hazırlanıb