Sumqayıt Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid" zavodunda istehsalat təhlükəsizliyini gücləndirmək və əməliyyat xərclərini azaltmaq məqsədilə rəqəmsal təhlükəsizlik layihəsi həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində zavodun istehsalat sahələrində rəqəmsal monitorinq, avtomatlaşdırılmış nəzarət və real vaxt rejimində izləmə sistemləri tətbiq edilib.
"Nəticədə təhlükəsizlik səviyyəsi yüksəlib, əməliyyat xərcləri isə əhəmiyyətli dərəcədə azalıb", - deyə o vurğulayıb.
E. Alxaslının sözlərinə görə, tətbiq olunan rəqəmsal həllər proses risklərinin erkən müəyyənləşdirilməsinə, mümkün qəza hallarının qarşısının alınmasına və istehsalat səmərəliliyinin artırılmasına imkan yaradıb.
"Karbamid zavodunda əldə edilən müsbət nəticələr nəzərə alınaraq, oxşar rəqəmsal təhlükəsizlik layihələrinin SOCAR-ın digər emal müəssisələrində də tətbiqi nəzərdə tutulur", - deyə o əlavə edib.
Azərbaycanda ötən il beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard dollarlıq yük daşınıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri 11 %-ə yaxın artıb