10 dekabr 2025 14:23
92

SOCAR-ın prezidenti “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüşüb

10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə “Saipem S.p.A.” şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. “Saipem S.p.A.” şirkəti tərəfindən ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.