10 dekabr 2025 14:52
85

Ukrayna ordusunun sayı artırıla bilər

ABŞ-ın Ukraynadakı silahlı münaqişəni həll etmək planı Kiyevin Ukrayna Silahlı Qüvvələrindən əlavə qüvvələrə sahib olmasını nəzərdə tuta bilər.

“İki sahil” xəbər verir ki, bu məlumatı The Washington Post qəzeti ABŞ və Ukrayna rəsmilərinə istinadla yayıb.

Onlar Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sayının konstitusiya ilə məhdudlaşdırılmasına razı olmadığını bildiriblər.

Nəşr qeyd edir ki, ordunun nominal sayından asılı olmayaraq, rəsmilər Milli Qvardiya və ya digər dəstək qüvvələri kimi əlavə qüvvələrin ola biləcəyini deyirlər.