10 dekabr 2025 19:57
106

ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib

ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının saytında qeyd olunub.

"9 dekabr 2025-ci ildə ABŞ Nümayəndələr Palatasına H.R.6534 saylı qanun layihəsi təqdim olunub. Layihə Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır", – məlumatda vurğulanır.

Sənədin mətni daha sonra dərc ediləcək.

Layihə baxılması üçün Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə göndərilib.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığa dəstək qanununa" 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.